Hiss kimdir?

Hiss (Röya Məmmədova) 13 İyul 1995-ci ildə Bakıda anadan olub.Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Röya Məmmədova müğənni Röya Ayxanı nəzərdə tutaraq “ikinci Röya ola bilməz” deyə onu inandıran dostunun məsləhəti ilə səhnə adını "Hiss" olaraq seçib. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.

Məşhur azərbaycanlı müğənni Hiss 2021-ci ildə müqavilə imzaladığı dünyanın ən böyük musiqi konserni olan Warner Music Group-un (WMG) diqqətini çəkib. 2022-ci ilin yanvarında WMG leyblinin buraxdığı ilk mahnısı “Bela” , ardınca bir sıra sinqllar, dekabrın 2-də isə “Mars” adlı 7 trekdən ibarət albom işıq üzü gördü. ”Unuduram” artıq hitə çevrilib və müğənninin pərəstişkarları daha 6 nəfəri ilk dəfə dinləyiblər. “ Pandemiya dövrü mənə vaxtın üstünlüyü verdi, mən özümə və musiqimə diqqət yetirdim, yeni mahnılar seçdim və onlar üzərində işləyirdim. Alboma daxil olan mahnıların hər birinin öz hekayəsi var və hər birində özümü tapıram. Musiqilərimi dinlədiyiniz zaman hər mahnımda yeni hisslər kəşf edəcəksiniz və mənim hər mahnımı fərqli hisslə dinləyəcəksiniz ”. Warner Music Group-un rəsmi buraxılışında qeyd olunur ki, “Hiss debüt albomu ilə dinləyiciləri yeni planetə aparacaq” – buna görə də diskin baş treki “Mars” mahnısıdır (musiqi və sözləri Rafael İntihadır). Albomu bütün elektron musiqi platformalarında link vasitəsilə , eləcə də müğənninin rəsmi YouTube kanalında əldə etmək mümkündür.

Hiss 2025-ci ilin yanvar ayında Jeyhun Səməd ilə birgə səsləndirdiyi “Kim qalacaq” adlı mahnı ilə ilk duetini təqdim etmişdir. Bu əməkdaşlıq dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. İyul ayında Hiss, Rafo və Elçin Cəfərovun ifasında təqdim olunan “Sınıq Pəncərə” adlı mahnı mərhum Azər Baxşəliyevin xatirəsinə həsr edilmişdir və yay mövsümünün diqqətçəkən layihələrindən biri olmuşdur. Sentyabr ayında Rzza ilə “Gün gələr” adlı duetini təqdim edən Hiss, duet yaradıcılığını davam etdirmişdir. Oktyabr ayında isə Ayaz Babayev ilə birgə səsləndirdiyi “Deyilənlər” adlı mahnı onun uğurlu duet işləri sırasında yer almışdır.